18:01 - 16.04.2020
16 aprel, Fineko/abc.az. Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün dövlət büdcəsindən bu günkü tarixə 5 tranş çərçivəsində ümumilikdə 46 milyon 915 min manat ayrılaraq maliyyələşməsi həyata keçirilib.
Bu barədə ABC.AZ-a Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 11 min 607 vergi ödəyicisinə 28 mln. 210 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 23 min 23 fərdi (mikro) sahibkara 18 mln. 705 min manat olmaqla, ümumilikdə 34 min 630 vergi ödəyicisinə 46 mln. 915 min manat vəsaiti onların müvafiq bank hesablarına köçürüb.
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026