17:42 - 9.01.2018
9 yanvar, Fineko/abc.az. Sabah Bakı Fond Birjası (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək.
Birjanın məlumatında deyilir ki, hərraca, hər birinin nominal dəyəri 100 manat olan 150 milyon manat həcmində notlar yerləşdiriləcək.
Notların tədavül müddəti 28 gün təşkil edəcək. Notların ödəmə tarixi: 7 fevral 2018-ci il.