15:29 - 16.04.2020
16 aprel, Fineko/abc.az. Aprelin 21-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazları üzrə hərrac keçiriləcək.
ABC.AZ BFB-yə isyinadən xəbər verir ki, diskontlu, qısamüddətli dövlət istiqrazlarının həcmi 20 milyon AZN, nominal dəyəri 100 AZN, istiqrazların tədavül müddəti 364 gündür. İstiqrazlar aprelin 20-də ödəniləcək. "Paşa Kapital İŞ" QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.
Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (“www.bfb.az”) “Üzvlər” bölməsində yerləşdirilib.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026