14:49 - 16.04.2020
16 aprel, Fineko/abc.az. 2020-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2019-cu ilin yanvar-mart aylarına nisbətən 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 1,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,4 faiz təşkil edib.
ABC.AZ xəbər verir ki, bu Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub. Belə ki, bu ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz, əvvəlki ilin mart ayına nisbətən 3,3 faiz təşkil edib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026