14:55 - 15.04.2020
15 aprel, Fineko/abc.az. Azərbaycandan Gürcüstana 500 min metrlik növbəti tənzif partiyası çatdırılıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirliyin məlumatına görə, Azərbaycandan gətirilən xammal Gürcüstanda istehsal olunan tibbi maskalar üçün istifadə ediləcək.
“Gürcüstanda tibbi maskaların istehsalını stimullaşdırmaq üçün ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə, ümumilikdə, 1 650 000 metrlik tənzif idxal olunub”, - deyə açıqlamada bildirilib.
Müəllif: Elmir Murad