15:12 - 19.03.2020
19 mart, Fineko/abc.az. Qusarda yerləşən "RUS AZERİ SPİRİTS” zavodunda tibbi spirt istehsalına başlanıb.
ABC.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, artıq istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.
Qeyd edək ki, Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi sprit istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır.
Müəllif: Elmir Murad
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026