17:17 - 4.01.2018
4 yanvar, Fineko/abc.az. Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Bakı Fond Birjasl” QSC-in məlumatına əsasən, yanvarın 4-də AMB, 50100167S dövlət qeydiyyat nömrəli notlar satıb.
Notlar, 250 milyon manat həcmində, 27 gün tədavül müddəti ilə təklif edilmişdir.
Hərrac zamanı 7 investor tərəfindən nominal qiymətlə ümumi məbləği 80,062,300 AZN olan 9 sifariş daxil olub. İnvestorların təklif etdiyi qiymət intervalı 98,8882 AZN (14,99%) və 98,9984 AZN (13,48%) təşkil etmişdir.
ABM-nın qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,8882 AZN (gəlirlilik 14,99%), orta ölçülmüş qiyməti 98,9222 AZN (gəlirlilik 14,52%) müəyyən edilmişdir.Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 80,062,300 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi: 31 yanvar 2018-ci il.