17:08 - 6.03.2020
6 mart, Fineko/abc.az. Bakı Fond Birjasında “BTB Bank”ASC-nin AZ2002009440 ISIN-li, 2 milyon manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
ABC.AZ Bakı Fond Birjasına istinadən xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN olub. 3 investor tərəfindən 3 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 2 milyon təşkil edib.
Qeyd edək ki, istiqrazların ödəmə tarixi 5 mart 2021-ci ildir.