11:23 - 6.03.2020
6 mart, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) 2020-ci ilin yanvar-fevral ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 1,095,765,094 manat təşkil edib.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, 2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 2,726,498,017 olub.
Nəticə olaraq, 2020-ci ilin yanvar-fevral ayları üzrə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 174%, repo əməliyyatları üzrə isə 278% böyümə qeydə alınıb.
Bununla yanaşı 2020-ci ilin fevral ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 3,828,174,818.02 manat təşkil edib.
Müəllif: Elmir Murad
30 İyul 2026
29 İyul 2026