Tovuzda su tələbatının ödənilməsi üçün 1,26 milyon manat pul ayrıldı

09:48 - 5.03.2020


5 mart, Fineko/abc.az. Prezident İlham Əliyev martın 4-də Tovuzda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Tovuz rayonunun əhalisi 68296 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,26 milyon manat ayrıldı.