17:04 - 3.03.2020
3 mart, Fineko/abc.az. “BTB Bank” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BTB Bank” ASC-nin istiqrazları 3 mart 2020-ci il tarixində standart bazar seqmentində listinqə daxil edilmişdir.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, hərrac 5 mart 2020-ci il tarixində baş tutacaq.
Qeyd olunur ki, “BTB Bank” ASC-nin 2 000 000 (iki milyon) manat həcmində istiqrazlarının ticarəti həyata keçiriləcək. İstiqrazların sayı 2 min ədəd, hərrac qiyməti min manatdır. İstiqrazların tədavül müddəti 1 (bir) təqvim ilidir (365 gün) və illik faiz dərəcəsi 9% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər rübün son iş günü ödəniləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İŞ” ASC-dir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026