15:38 - 29.12.2017
29 dekabr, Fineko/abc.az. Dünən Bakı Fond Birjasında (BFB) “Unibank Kommersiya Bankı” ASC-nin, AZ2011002022 ISIN nömrəli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi.
BFB-nın məlumatında deyildiyi kimi, Azərbaycanın “Unibank” bankı 10 milyon dollar həcmində istiqrazlar yerləşdirib.
“Təqdim edilmiş sifarişlərin həcmi 10 milyon dollar təşkil etmişdir. Bankın istiqrazları tam həcmdə yerləşdirilmişdir”, - BFB-dan verilən məlumatda belə deyilir.
Daha öncə məlumat verildiyi kimi, emissiya, hər qiymətli kağızın nominal dəyəri 10 min dollar olmaqla, 1 min istiqraza bölünmüşdür. İstiqrazların tədavül müddəti 6 il (2190 gün), istiqrazlar üzrə illik gəlirlilik 6% təşkil edəcək.
Yerləşdirmənin anderrayteri qismində “Unicapital İnvestisiya Şirkəti" ASC-i çıxış etmişdir.