10:34 - 21.02.2020
21 fevral, Fineko/abc.az. Fevralın 25-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Hərracda qiymətli kağızın ISIN kodu AZ0106004788, emissiya həcmi 25 000 000 AZN, nominal dəyəri 100 AZN, istiqrazların tədavül müddəti 1092 gün, faiz gəliri 7.5 %, ödəmə tarixi 21.02.2023, anderrayter Paşa Kapital İŞ
QSC-dir. Qeyd edək ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026