16:56 - 30.01.2020
30 yanvar, Fineko/abc.az. Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə daha bir hərrac keçiriləcək.
ABC.AZ hərracın fevralın 4-də Bakı Fond Birjasında keçiriləcəyi gözlənilir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Hərracda qiymətli kağızın ISIN kodu AZ0105003781, emissiya həcmi 15 000 000 AZN, nominal dəyəri 100 manat, istiqrazların tədavül müddəti 728 gün, faiz gəliri 6.5 %, ödəmə tarixi 01.02.2022, anderrayter Paşa Kapital İŞ QSC-dir.
Qeyd edək ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026