12:23 - 20.12.2019
20 dekabr, Fineko/abc.az. Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bakı Fond Birjasından (BFB) ABC.AZ-a daxil olan məlumata görə, hərrac dekabrın 25-də baş tutacaq. Hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 12:30-dək təşkil olunacaqr. Hərracın dövlət qeydiyyat №-si 50103976S, hərraca çıxarılan həcm 170 000 000 AZN, notun nominal dəyəri 100 АZN, notların tədavül müddəti 28 gün, ödəmə tarixi 23.01.2020-dir. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcəkr.
Qeyd edək ki, Mərkəzi Bankının qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.
Müəllif: Elmir Murad
27 İyul 2026
28 İyul 2026
28 İyul 2026