15:44 - 10.12.2019
10 dekabr, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC müxtəlif növ elektrik mallarının satınalınması üzrə tender keçirir. Tenderdə iştirak haqqı 400 manatdır.
Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 29 dekabr 2019-cu il saat 15.00-a, tender təklifini isə 13 yanvar 2020-ci il saat 15.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az vasitəsilə təqdim etməlidirlər.
Zərflərin açılışı 14 yanvar 2020-ci il saat 15.00-da həyata keçiriləcək.
Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.
Əlaqələndirici şəxs: Rauf Yusifov
Telefon: (994 12) 490-00-00
30 İyul 2026
28 İyul 2026
29 İyul 2026