17:15 - 6.12.2019
6 dekabr, Fineko/abc.az. Bakı Fond Birjasında 2019-cu ilin on bir ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 13,005,126,950 manat təşkil edib.
Bu barədə məlumat ABC.AZ-a BFB-dən verilib və qeyd olunub ki, 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi isə 13,551,215,595 olub.
Nəticə olaraq, 2019-cu ilin on bir ayında dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, dövlət qiymətli kağızların təkrar bazarında ticarət həcmi 293%, korporativ qiymətli kağızların təkrar bazarında 76% və repo əməliyyatlarında isə 81% böyümə qeydə alınıb.
2019-cu ilin noyabr ayına Bakı Fond Birjasının kapitalizasiyası 3,623,148,432 manat təşkil edib. Bu ilin oktyabr ayı ilə müqayisədə kapitalizasiya 7% artıb.
Müəllif: Elmir Murad
29 İyul 2026
27 İyul 2026