16:56 - 27.11.2019
27 noyabr, Fineko/abc.az. Mərkəzi Bankın Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilib.
ABC.AZ Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, noyabrın 27-də keçiriləcək hərrac 50103476S dövlət qeydiyyat nömrəli, 170 milyon manat həcmində, 28 gün tədavül müddətli olacaq.
Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01%) olan 17 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 858,911,600.00 AZN olub. Mərkəzi Bankın qərarına əsasən notların kəsmə qiyməti 99.5351 AZN (6.01%), orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01%) müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon AZN təşkil edib.
27 İyul 2026