15:45 - 20.11.2019
20 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
BFB-in məlumatına görə, noyabrın 20-də AMB hərracda 50103376S nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətinə notlar təklif etmişdir.
Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 661,610,000.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 AZN (6.01%), orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 19.12.2019
30 İyul 2026
29 İyul 2026