16:34 - 14.11.2019
14 noyabr, Fineko/abc.az. “Embafinans” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
ABC.AZ xəbər verir ki, hərrac Bakı Fond Birjasında “Embafinans” MMC-nin AZ2005020600 ISIN-li, 1 milyon manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə baş tutub.
Yerləşdirmədə qiyməti 1000 manat olan hərracda sifarişlər 5 investor tərəfindən təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon 523 min manat qeydə alınıb.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 milyon manat təşkil edib.
Qeyd edək ki, istiqrazların ödənməsi gələn il noyabrın 14-də olacaq.
Müəllif: Elmir Murad