16:21 - 14.11.2019
14 noyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
ABC.AZ xəbər verir ki, hərrac noyabrın 19-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə keçiriləcək. Saat 11:00-dan 12:30-dək keçirlən hərracda emissiya həcmi 25 000 000 AZN, nominal dəyəri 100 AZN, istiqrazların tədavül müddəti 364 gün, ödəmə tarixi noyabrın 17-ə, anderrayter Paşa Kapital İŞ QSC-dir. Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Müəllif: Elmir Murad
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026