15:39 - 14.11.2019
14 noyabr, Fineko/abc.az. “Təmiz Şəhər” ASC Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda qurulmuş texnoloji prosesin düzgün işləməsini təmin etmək məqsədi ilə alman istehsalı olan mal-material və ləvazimatların satın alınması üzrə tender keçirir. Tenderdə iştirak haqqı 200 manatdır.
Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 04 dekabr 2019-cu il saat 16.00-a , tender təklifini isə 12 dekabr 2019-cu il saat 16.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az vasitəsilə təqdim etməlidirlər.
Zərflərin açılışı 13 dekabr 2019-cu il saat 16.00-da həyata keçiriləcək.
Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.
Açıq tenderin elektron şərtlər toplusunu 14.11.2019 12:00 tarixindən sonra əldə etmək olar.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026