12:51 - 18.12.2017
18 dekabr, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) cari ilin yanvar-noyabr ayları ərzində dövlət və korporativ qiymətli kağızlar bazarında göstərilmiş xidmətlərin həcmi üzrə brokerlərin renkinqini dərc edib.
BFB-nın məlumatında deyildiyi kimi, ”Unicapital İnvestisiya şirkəti” ASC 2017-ci ilin yanvar-noyabr aylarında Bakı Fond Birjasında dövlət və korporativ qiymətli kağızlar bazarında brokerlərin renkinqində liderdir.
Daha sonra siyahıda “PASHA Capital İnvestisiya şirkəti” QSC, “Invest-Az İnvestisiya şirkəti” QSC, “AzFinance İnvestisiya şirkəti” QSC, “Xalg Capital İnvestisiya şirkəti” QSC, “PSG Capital İnvestisiya şirkəti” QSC və “Capital Managment İnvestisiya şirkəti” ASC qeyd edilir.
| 2017-ci ilin yanvar-noyabr ayları ərzində göstərilmiş xidmətlərin həcmi üzrə DQK və KQK bazarında brokerlərin renkinqi |
||
| Xidmətlərin həcmi üzrə cari yer |
Brokerlərin adı | Broker xidmətlərinin məbləği (AZN) |
| 1 | Unicapital | 4 318 709 588 |
| 2 | PASHA Capital | 4 087 124 791 |
| 3 | İnvest-Az | 2 580 239 077 |
| 4 | AzFinance | 1 847 889 196 |
| 5 | Xalg Capital | 380 120 676 |
| 6 | PSG Capital | 242 362 597 |
| 7 | Capital Management | 53 258 858 |
"İnvest-Az İnvestisiya Şirkəti" QSC Törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.