15:26 - 23.10.2019
23 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
BFB-in məlumatında deyilir ki, 23 oktyabr tarixində AMB 50102976S dövlət nömrəli, 100 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.
Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 470,810,400.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon AZN təşkil etmişdir.
Notların ödəmə tarixi: 21.11.2019.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026