16:56 - 22.10.2019
22 oktyabr, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirib.
BFB-in məlumatına əsasən, oktyabrın 22-də AZ0106020750 İSİN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli DOİ yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 96.1932 AZN (10.0000%) və 101.0400 AZN (8.1025%) olan 14 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (8.5000%), orta ölçülmüş qiyməti 100.1953 AZN (8.4249%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41,775,200.00 AZN yerləşdirilmiş həcmi isə 15 milyon AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi:18.10.2022-ci il.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026