16:20 - 10.10.2019
10 oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.
BFB-in məlumatında deyilir ki, oktyabrın 15-də keçiriləcək hərracda AZ0104010746 nömrəli DQİ satışı həyata keçiriləcək.
“DQİ buraxılışının həcmi 25 milyon manat, hər istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün təşkil edəcək. Yerləşdirmənin anderrayteri qismində “PASHA Capital” şirkəti çıxış edəcək”, - BFB-in məlumatında belə deyilir.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026