Bu il sahibkarlara 7,1 mln. manat ixrac təşviqi ödənilib

15:30 - 26.09.2019


26 sentyabr, Fineko/abc.az. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev bu gün keçirdiyi mətbuat konfransında bu il sahibkarlara 7 milyon 110 min manat ixrac təşviqi ödənildiyini  qeyd edib.

O, indiyədək sahibkarlara ödənilmiş ixrac təşviqinin məbləği 15 milyon manatdan çox olduğunu bildirib.