Cari ildə 42 mln. dollarlıq kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib

15:58 - 23.09.2019


23 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin cari ilin səkkiz ayına olan hesabatına əsasən, ölkəyə 8 min 424 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Hesabat dövründə idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri isə 42 milyon 193 min dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkəyə 47 milyon 69 min dollarlıq 8 min 18 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.