16:04 - 18.09.2019
18 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
BFB-in məlumatında deyilir ki, 18 sentyabr tarixində AMB 50102176S dövlət nömrəli, 170 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.
16 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 24 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 676,775,900.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 17.10.2019.
29 İyul 2026
27 İyul 2026