16:20 - 3.09.2019
3 sentyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Birjadan verilən məlumata əsasən, 4 sentyabr tarixində 50101976S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Qısamüddətli notlar, hər birinin nominal dəyəri 100 manat olmaqla, 200 milyon manat həcmində təqdim ediləcək. Tədavül müddəti 28 gün təşkil edəcək”, - BFB-in məlumatında belə deyilir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026