09:31 - 24.07.2019
24 iyul, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Birjadan verilən məlumata əsasən, iyulun 24-də 50101376S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Qısamüddətli notlar, hər birinin nominal dəyəri 100 manat olmaqla, 200 milyon manat həcmində təqdim ediləcək. Tədavül müddəti 28 gün təşkil edəcək”, - BFB-in məlumatında belə deyilir.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026