17:35 - 17.07.2019
17 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
Bakı Fond Birjasının xəbərinə əsasən, iyulun 17-də AMB 50101276S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar yerləşdirib.
Hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51%) olan 33 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 975,169,000.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4966 AZN (6.51%), orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon AZN təşkil etmişdir.
Notların ödəmə tarixi: 14 avqust 2019-cu il.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026