16:49 - 10.07.2019
10 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirmişdir.
Bakı Fond Birjası xəbər verir ki, iyulun 10-da AMB hərracda AMB 50101176S nömrəli, 200 milyon manat həcmində, 28 gün müddətə qısamüddətli notlar təklif etmişdi.
16 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 939,911,400.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4966 AZN (6.51%), orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat olmuşdur.
Notların ödəmə tarixi: 7 avqust 2019-cu il.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026