17:40 - 9.07.2019
9 iyul, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirib.
BFB xəbər verir ki, iyulun 9-da Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106012757 ISIN-li, 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 97.7122 AZN (9.9000%) və 100.7774 AZN (8.7000%) olan 15 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.3101 (8.8799%), orta ölçülmüş qiyməti 100.3666 (8.8581%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 49,646,400.00 AZN yerləşdirilmiş həcmi isə 15 milyon AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 5 iyul 2022-ci il.
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026