AMB iyulun 10-da 200 milyon manatlıq qısamüddətli notlar yerləşdirəcək

10:16 - 9.07.2019


9 iyul, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Birjadan verilən məlumata əsasən, iyulun 10-da 50101176S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notlar, hər birinin  nominal dəyəri 100 manat olmaqla, 200 milyon manat həcmində təqdim ediləcək. Tədavül müddəti 28 gün təşkil edəcək”, - BFB-in məlumatında  belə deyilir.