11:46 - 5.12.2017
5 dekabr, Fineko/abc.az. Bakının əsas kapitalına yönəldilən vəsaitlər 2017-ci ilin yanvar-oktyabr aylarında 11 301,8 milyon manat təşkil etmişdir.
Bakı şəhər Statistika İdarəsinin məlumatında deyildiyi kimi, Azərbaycanın əsas kapitalına qoyulan investisiyalar cari ilin yanvar-oktyabr aylarında 12 536,5 milyon manat təşkil etmişdir. Beləliklə, ölkənin bütün kapital qoyuluşlarının 90,2 faizi Azərbaycanın paytaxtına düşür. Cari ilin yanvar-oktyabr aylarında Bakı şəhəri üzrə qoyuluşarın ümumi həcmindən tikinti-quraşdırma işlərinə 8 046,9 milyon manat (71,2%) yönəldilib.
Dövlət investisiyalarının payına 3 729,6 milyon manat (33%), fərdi investisiyaların payına isə 7 459,2 milyon manat düşür (67%).
İdarədə həmçinin qeyd olundu ki, tikinti işlərinin 87,6 faizi fərdi şirkətlər tərəfindən yerinə yetirilmişdir.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026