14:10 - 21.06.2019
21 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.
BFB-in məlumatında deyilir ki, iyunun 25-də keçiriləcək hərracda AZ0106011759 nömrəli 15 milyon manatlıq DOİ satışı həyata keçiriləcək.
“İstiqrazın nomunal dəyəri 100 manat, tədavül müddəti 1092 gün təşkil edəcək, faiz gəlirliyi 9%-dir. Yerləşdirmənin anderrayteri qismində “PASHA Capital” şirkəti çıxış edəcək”, - BFB-in məlumatında belə deyilir.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026