10:22 - 20.06.2019
20 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
Bakı Fond Birjasının xəbərinə əsasən, iyunun 19-da AMB 50100876S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar yerləşdirib.
Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51%) olan 25 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 799,001,4 min AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4966 AZN (6.51%), orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 min AZN təşkil etmişdir.
Notların ödəmə tarixi: 17 iyul 2019-cu il.
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026