13:42 - 3.06.2019
3 iyun, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-in məlumatında deyilir ki, iyunun 4-də 50100676S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Qısamüddətli notlar, hər birinin nominal dəyəri 100 manat olmaqla, 100 milyon manat həcmində təqdim ediləcək. Tədavül müddəti 29 gün təşkil edəcək”, - BFB-in məlumatında belə deyilir.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026