17:33 - 27.05.2019
27 may, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-in məlumatında deyilir ki, mayın 29-da 50100576S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Qısamüddətli notlar, hər birinin nominal dəyəri 100 manat olmaqla, 200 milyon manat həcmində təqdim ediləcək. Tədavül müddəti 27 gün təşkil edəcək”, - BFB-in məlumatında belə deyilir.
29 İyul 2026
27 İyul 2026