09:31 - 23.05.2019
23 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) dünən qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
Bakı Fond Birjasının xəbərinə əsasən, mayın 22-də AMB 50100476S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün müddətli qısamüddətli notlar yerləşdirib.
Hərrac zamanı 18 investor tərəfindən qiyməti 99,4773 AZN (6.76%) olan 27 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 785 592,5 min AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99,4773 AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 min AZN təşkil etmişdir.
Notların ödəmə tarixi: 19 iyun 2019-cu il.
30 İyul 2026
30 İyul 2026
27 İyul 2026
28 İyul 2026