11:25 - 22.05.2019
22 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
BFB-in məlumatında deyilir ki, 21 may tarixində AMB AZ0106009753 dövlət nömrəli, 15 milyon manat həcmində, 1092 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.
7 investor tərəfindən qiymət intervalı 96.7165 AZN (10.3%) və 100 AZN (9%) olan 10 sifariş təqdim edilmişdir.
Mərkəzi Bankın qərarına əsasən, kəsmə qiyməti 97.7120 (9.9001%), orta ölçülmüş qiyməti 98.2212 (9.6975%) müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 15,752,9 min AZN yerləşdirilmiş həcmi isə 14,202 min AZN təşkil edilmişdir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026