23:09 - 1.05.2019
1 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
Bakı Fond Birjasının xəbərinə əsasən, mayın 1-də AMB 50100176S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlar təklif etmişdir.
Hərrac zamanı 12 investor tərəfindən qiyməti 99,4773 AZN (6,76%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 525 747,1 min AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiymət 99,4773 AZN (6,76%) səviyyəsində müəyyən edilmişdir. Hərrac nəticəsində 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.
Notların ödəmə tarixi: 29 may 2019-cu il.