16:28 - 11.04.2019
11 aprel, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə AZ0104004749 nömrəli Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.
BFB-in məlumatında deyilir ki, hərrac aprelin 16-da keçiriləcək.
“DQİ-in emissiya həcmi 25 milyon manat, hər birinin nominal dəyəri 100 manat təşkil edəcək. İstiqrazların tədavül müddəti 364 gün təşkil edəcək. Yerləşdirmənin anderrayteri qismində “PASHA Capital” şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026