20:30 - 10.04.2019
10 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı Qısamüddətli Notların yerləşdirilməsi üzrə hərrac keçirib.
Bakı Fond Birjası xəbər verir ki, aprelin 10-da AMB hərracda 50101573S nömrəli, 200 milyon manat həcmində, tədavül müddəti 28 gün təşkil edən qısamüddətli notlar təklif etmişdir.
10 investor tərəfindən qiyməti 99.3053 AZN (8.99%) ilə 99.4581 AZN (7.01%) arasında olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 167,277,6 min AZN olmuşdur.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.3053 AZN (8.99%), orta ölçülmüş qiyməti 99.3851 AZN (7.95%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi cəmi 167,277,6 min AZN təşkil etmişdir.
Notların ödəmə tarixi: 8 may 2019-cu il.