17:49 - 9.04.2019
9 aprel, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirib.
BFB xəbər verir ki, aprelin 9-da Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105006750 ISIN-li, 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 97.2374 AZN (9.5500%) və 101.0231 AZN (7.4400%) olan 11 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.3837 AZN (8.900%), orta ölçülmüş qiyməti 99.8579 AZN (8.0783%) müəyyən edilmişdir.
Nəticədə 20 milyon manat həcmində DOİ yerləşdirilmişdir.
İstiqrazların ödəmə tarixi 6 aprel 2021-ci il.
27 İyul 2026
25 İyul 2026