17:23 - 3.04.2019
3 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
Bakı Fond Birjasının xəbərinə əsasən, aprelin 3-də AMB 50101473S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlar təklif etmişdir.
Hərrac zamanı 10 investor tərəfindən qiyməti 99.3432 AZN (8.50%) ilə 99.4581 AZN (7.01%) arasında olan 18 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 371 307,2 min AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiymət 99,4581 AZN (7.01%) səviyyəsində müəyyən edilmişdir. Hərrac nəticəsində 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.
Notların ödəmə tarixi: 1 may 2019-cu il.
27 İyul 2026