12:54 - 2.04.2019
2 aprel, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-nin məlumatında deyilir ki, aprelin 2-də 50101473S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Qısamüddətli notlar 250 milyon manat həcmində təqdim ediləcək, hər notun nominal dəyəri 100 manat təşkil edəcək. Notların tədavül müddəti 28 gündür”, - BFB-nin məlumatında belə deyilir.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026