15:28 - 24.11.2017
24 noyabr, Fineko/abc.az. Avropa Birliyi ölkələri Azərbaycan iqtisadiyyatına 21 milyard dollar həcmində yatırım edib.
Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, bu investisiyalar ölkə iqtisadiyyatına 10 il ərzində yatırılmışdır.
“1992-ci ildən etibarən Avropa təşkilatı müxtəlif proqramlar çərçivəsində Azərbaycana 595 milyon avro həcmində yardım göstərmişdir. Bu günə kimi, 45 tvininq layihələri reallaşdırılmışdır ki, bunlardan 29-u müvəffəqiyyətlə başa çatdırılmışdır. 13 layihənin reallaşdırılması davam etməkdədir, daha 3 layihə hazırlanma mərhələsindədir. Azərbaycan,reallaşdırılan tvininq layihələrinin sayına görə regionun lideri oldu”, - deyə nazir bildirib.
Bu gün Bakıda, Azərbaycan Dövlət Statistika Komitəsinə dəstəyin göstərilməsi üzrə tvininq layihəsinin bitirilməsinə həsr olunmuş konfrans keçirilirb. Yardım, milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026