14:51 - 14.03.2019
14 mart, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə Dövlət Ortamüddətli İstiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.
BFB-in məlumatında deyilir ki, hərrac martın 19-da DOİ satışı üzrə, hər birinin nominal dəyəri 100 manat olmaqla, 15 milyon manat həcmində hərrac keçiriləcək.
“İstiqrazların tədavül müddəti 1092 gün, faiz gəlirliliyi 9%-dir. Yerləşdirmənin anderrayteri qismində “PASHA Capital” şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir.
27 İyul 2026